"Fənərbaxça" transferində xoşbəxt sonluq yaşanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddətdir hücumçu mövqeyi üçün Yusif En-Neysrini heyətinə qatmağa çalışan sarı-göylülər onunla razılığa gəlib.
En Nesyri 1 iyun 1997-ci ildə Mərakeşdə anadan olub. Mərakeşli oyunçu təsirli sol ayağı və 1,92 sm boyu ilə diqqət çəkir.
Karyerasına Mərakeşin VI Mohammed Futbol Akademiyasında başlayan futbolçu 2015-ci ildə İspaniyanın "Malaqa" komandasına transfer olunub. "Malaqa"nın heyətində 41 matçda 5 qol vuran mərakeşli futbolçu 2018-ci ildə 6 milyon avroluq transfer qarşılığında "Leqanes"ə transfer olunub. "Leqanes"də 53 matçda 15 qol vuran En Nesyri 20 milyon avroya "Sevilya"ya gedib. “Sevilya” forması ilə 4 il 196 matçda forma geyinən futbolçu 73 qol vurub, 7 məhsuldar ötürmə edib.
Transfermarkt məlumatlarına görə, cari bazar dəyəri 20 milyon avro olan oyunçu 2021-ci ildə ən yüksək bazar dəyərinə (40 milyon avro) çatıb. Mərakeşli futbolçunun karyerasına “Malaqa”, “CD Leqanes” və “Sevilya” kimi komandalar daxildir.