Azərbaycan millisi finala yüksəldi

21:03 - 27 İyul 2024

Azərbaycan millisi finala yüksəldi

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

 

Manset.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 66:49.

Beləliklə, Azərbaycan millisi finala vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az