Azərbaycan badmintonçusu mübarizəni dayandırdı - Paris-2024

11:30 - 29 İyul 2024

Azərbaycan badmintonçusu mübarizəni dayandırdı - Paris-2024

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, idmançı qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.

Rəqibinə uduzan təmsilçimiz yarışla vidalaşmalı olub - 0:2 (13:21, 11:21).

O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı - 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda adlayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az