UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda davam edən matçın 12-ci dəqiqəsində meydan sahibləri Brennan Consonla fərqlənib.
Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.
23:46
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda meydan sahiblərinin futbolçusu qırmızı vərəqə ilə cəzalanıb.
"Tottenhem Hotspur" stadionunda davam edən qarşılaşmanın 7-ci dəqiqəsində Radu Drequşin Juninyoya qarşı kobud oyuna görə meydandan qovulub.
Matçı fransalı baş hakim Villi Delajo idarə edir.
Qeyd edək ki, görüş tıxac səbəbindən 35 dəqiqə gec başlayıb.
23:36
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.
Manset.az xəbər verir ki, tərəflər arasında qarşılaşma "Tottenhem Hotspur" stadionunda keçirilir.
Matçı fransalı baş hakim Villi Delajo idarə edir.