Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasında son finalçı müəyyənləşəcək. PSJ ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi “Arsenal”ı qəbul edəcək.
Manset.az xəbər verir ki, sözügedən qarşılaşmada PSJ-nin qələbəsi Azərbaycan çempionu “Qarabağ”a sərf edəcək.
Belə ki, “Arsenal” məğlub olsa, “Qarabağ”ın ötən il olduğu kimi bu il də ÇL-in 2-ci təsnifat mərhələsindən başlaması rəsmiləşəcək.
Bu qarşılaşmanın qalibi finalda “İnter”ə rəqib olacaq.
Məsələ burasındadır ki, ÇL-i qazanmış komanda vəsiqəni öz çempionatından əldə etmiş olsa, sıralamada ən yüksək reytinqi olan ölkənin çempionu pley-offdan qrupa düşür. Bu komandanın adı artıq məlumdur - “Olimpiakos”. Bu baş verərsə, aşağı təsnifatdakı yerlərin avtomatik doldurulması (və ya paylaşılması) başlayır. Belədə 1-ci təsnifatda olan iki ən yüksək reytinqli klub 2-ci təsnifata qalxır. Bu da Bratislava “Slovan”ı və “Qarabağ”dır.