"Osimhen özəl futbolçudur".
Manset.az xəbər verir ki, "Fənərbağça" klubunun prezidenti Ali Koç Osimhenin "Qalatasaray"a transferi ilə bağlı danışıb.
A.Koç qeyd edib ki, Osimhen onlara heç vaxt təklif edilməyib:
"Sabaha doğru 6-da New-Yorkdan London uçdum. Yorğun idim, bir az yatıb oyananda telefonu açdım, təəccübləndim. "Qalatasaray" Osimheni transfer edir deyə hər kəs məni söyür, təhqir edirdi. Bilməyənlər üçün deyim, şans "Qalatasaray"a çıxdı. Çox da yaxşı oldu, çünki Mauro İkardi çox pis xəsarət aldı. Bəlkə də, ikisi bir arada olsaydılar, problem yarana bilərdi. Osimhen Səudiyyə Ərəbistanına gedirdi. Son anda razılığa gəldilər cə o, "Qalatasaray"a nəsib oldu".