Viktor Osimhen "Qalatasaray"dan ayrılır? - Özü açıqladı

09:38 - 12 May 2025

Viktor Osimhen \"Qalatasaray\"dan ayrılır? - Özü açıqladı

"Qalatasaray"ın məşhur ulduzu Viktor Osimhen reklam çəkilişi zamanı "Qalatasaray"la bağlı müsahibə verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, o müsahibəsi zamanı bildirib ki, Türkiyəyə gəldikdən bəri hər şey yaxşı gedir, İstanbul ən yaxşı şəhərlərdən biridir:

"İnsanlarına, xüsusilə də, "Qalatasaray" tərəfdaşlarına alışdım. Burada yaşamaq çox gözəldir. Sevdiyim işi görürəm, futbol oynayıram. Dediyim kimi, "Qalatasaray" sadəcə Türkiyənin deyil, həm də dünyanın ən böyük futbol klublarından biridir. Kariyeramın və həyatımın dadını çıxarıram. 9 ay öncəyə qayıtsaq, yenə də "Qalatasaray"a "hə" deyərdim".

"Transfer bir sıra şərtlərin olmasına rəğmən reallaşdı. Amma futbolçu qədər klubun da şəfqət, diqqət və hörmət göstərməsinin lazım olduğunu düşünürəm. Bura gələndən sonra klubda hər kəsin bu sadaladıqlarımdan daha artıq sevgi, qayğı göstərdiyini gördüm. Ona görə də 9 ay əvvələ qayıtsaq, özümə yenə də "Qalatasaray"ın təklifini qəbul etməyi tövsiyə edərdim. Sözügedən klub mənim üçün çox dəyərlidir. Aramızda qarşılıqlı bir bağ var. "Qalatasaray"a sonsuza qədər minnətdar qalacağam".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv