İspaniya La Liqasının növbəti turunda “Real Madrid” səfərdə “RCD Mallorca”nı 2:1 hesabı ilə məğlub edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, oyun zamanı fərqlənən futbolçulardan biri Jacobo Ramón olub. Onun vurduğu qələbə qolu Karlo Ançelottinin yetirmələrinə 3 xal qazandırıb.
Matçdan sonra "Real Madrid TV" Arda Güler və Kilian Mbappe-nin çıxışını xüsusi olaraq dəyərləndirib. Kanal bu iki futbolçunun Xabi Alonsonun gələcək planlarında əsas rollardan birini oynayacağını qeyd edib.
İdman şərhçisi Xesus Alkaide bildirib ki, Mbappe və Güler komandanı "çiyinlərində daşıyıblar".
Hər iki futbolçunun — fransalı Mbappe və türkiyəli Arda Gülerin — klubun gələcəyi üçün əsas fiqurlardan olacağı vurğulanıb. Mbappe bu mövsüm artıq bir sıra qolla yadda qalıb. Digər tərəfdən, cəmi 20 yaşı olan keçmiş “Fənərbaxça”lı Güler də oyun intizamı və texniki bacarığı ilə diqqət çəkib.
Tanınmış idman analitiki Koto Matamoros isə Arda Gülerə daha az şans verilməsini tənqid edib. O, bu qərarı Karlo Ançelottinin mövsüm ərzində buraxdığı əsas səhvlərdən biri kimi qiymətləndirib.