Dünya çempionu olan qapıçı klubunu dəyişə bilər

18:39 - 18 May 2025

Dünya çempionu olan qapıçı klubunu dəyişə bilər

İngiltərə təmsilçisi “Aston Villa”da çıxış edən, Argentina millisinin heyətində dünya çempionu olan Emiliano Martines klubunu dəyişə bilər.


Manset.az Report-a istinadən xəbər verir ki, 32 yaşlı qapıçıya “Mançester Yunayted” (İngiltərə) və “Barselona”dan (İspaniya) təkliflər gəlib.

Onun hazırkı komandası ilə müqavilə müddəti 2029-cu ilə qədərdir. Lakin Martines Premyer Liqada "Tottenhem"lə son ev oyunundan (2:0) sonra göz yaşlarını saxlaya bilməyib və daha sonra sosial şəbəkə hesabında azarkeşlərə dəstəklərinə görə təşəkkür edib.

Sözügedən paylaşımdan sonra qolkiperin klubdan ayrılacağı istisna edilmir.

Qeyd edək ki, Martines 2024/2025 mövsümündə 52 matçda qapısından 61 qol buraxıb, 15 görüşdə isə çərçivəni toxunulmaz saxlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv