"Real"ın qapıçısı klubdan ayrılmaq istəyir

10:41 - 31 May 2025

\"Real\"ın qapıçısı klubdan ayrılmaq istəyir

Ukraynalı qapıçı Andrey Lunin yayda İspaniyanın "Real" klubundan ayrılmaq istəyir.


Manset.az Report-a istinadən xəbər verir ki, 26 yaşlı qolkiper az forma şansı əldə etdiyi üçün Madrid təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Türkiyənin "Qalatasaray" klubu ukraynalı futbolçu ilə maraqlanır.

"Real" isə oyunçunu 20 milyon avro müqabilində buraxmağa hazırdır.

Qeyd edək ki, Luninin klubla müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv