Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu keçirilib.
Manset.az xəbər verir ki, həlledici oyunda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edib. Qarşılaşma Masazır təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "Sabah" klub tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub.
Qeyd edək ki, "Qarabağ" tarixində 8 dəfə Azərbaycan kubokunu qazanıb.