Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub.
Manset.az xəbər verir ki, komandamız final görüşündə Macarıstanla üz-üzə gəlib.
Yığmamız rəqibini 4:1 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.
Minifutbol üzrə DÇ
Final
Azərbaycan - Macarıstan 4:2