"Fənərbağça" 2 ulduz hücumçu üçün hərəkətə keçdi

14:34 - 02 İyun 2025

\"Fənərbağça\" 2 ulduz hücumçu üçün hərəkətə keçdi

Joze Mourinyonun rəhbərliyi altında bu mövsüm titul qazana bilməyən “Fənərbağça” heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.



Manset.az-ın əldə etdiyi məlumata görə, İstanbul təmsilçisi hücum xəttini gücləndirmək üçün iki ulduz futbolçunu – Dusan Vlahoviç və Aleksandr Mitroviçi transfer etmək niyyətindədir.

Avropaya qayıtmaq istəyən serbiyalı hücumçu Aleksandar Mitroviçlə “Fənərbağça” rəhbərliyi artıq təmasa keçib. Klub həm futbolçunun meneceri, həm də müqavilə ilə bağlı “Al Hilal” klubu ilə danışıqlar aparır.

Digər tərəfdən, “Yuventus” klubunun transferinə icazə verdiyi Dusan Vlahoviç də təklifləri dəyərləndirməyə başlayıb.  

25 yaşlı Dusan Vlahoviç bu mövsüm “Yuventus” forması ilə 41 oyuna çıxaraq 15 qol və 5 asistlə yadda qalıb. 30 yaşlı Aleksandar Mitroviç isə “Al Hilal”ın heyətində 36 matçda 28 qol və 7 məhsuldar ötürmə ilə parlaq çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv