Braziliyalı futbolçu "Qarabağ"da - İlk transfer

22:38 - 17 İyun 2025

Braziliyalı futbolçu \"Qarabağ\"da - İlk transfer

"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb. 


Manset.az xəbər verir ki, klubdan verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın "Torrense” komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.

25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi "Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi "Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu "Fluminense”, həmçinin "Atletiko Paranaense”, "Vitoriya” və "Yuventud”un şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az