"Qarabağ" "Şelburn" səddini keçsə, növbəti rəqibi kim olacaq?

12:07 - 19 İyul 2025

\"Qarabağ\" \"Şelburn\" səddini keçsə, növbəti rəqibi kim olacaq?

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubu ilə qarşılaşacaq.


Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələni keçsə, növbəti rəqibləri məlum olub. Bu komandalar arasında köhnə tanışlar da var. Potensial rəqiblərdən "Ludoqorets", FCSB, "Lex", "Malmö" və "Kayrat" daha öncə Qurban Qurbanovun yetirmələrinə rəqib olub.

Qeyd edək ki, reytinq xalı yüksək olan "Qarabağ" 3-cü təsnifat mərhələsində səpələnmiş komandalar arasında olacaq.

Təmsilçimizin rəqibi bu cütlərin qalibi ola bilər:

"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan)

"Hamrun Spartans" (Malta) - "Dinamo" (Kiyev, Ukrayna)

"Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya)

"Lex" (Polşa) - "Breidablik" (İslandiya)

RFS (Latviya) - "Malmö" (İsveç)

KuPS (Finlandiya) - "Kayrat" (Qazaxıstan).

Əlavə edək ki, püşkatmadan öncə UEFA komandaları qruplara ayıracaq və bu zaman mümkün rəqiblərin sayını 3-ə enəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az