Ekitikenin transferi “Ayntraxt Frankfurt”un satış rekordunu qırdı

09:56 - 24 İyul 2025

Ekitikenin transferi “Ayntraxt Frankfurt”un satış rekordunu qırdı

Premyer Liqa təmsilçisi "Liverpul", Frankfurt "Ayntraxt"ının hücumçusu Huqo Ekitikeni 95 milyon avroya transfer edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ekitikenin transferi, “Ayntraxt Frankfurt” klubunun satış rekorduna bərabər olub.

Fransız futbolçu ilə 6 illik müqavilə imzalanıb.

"Liverpul" bu transfer üçün "Ayntraxt Frankfurt"a bonuslarla birlikdə ümumilikdə 95 milyon avro ödəyib. Bu məbləğ, Ekitikeni "Ayntraxt Frankfurt"un tarixində ən bahalı transfer edib. Alman klubu daha əvvəl Randal Kolo Muanini Paris Saint-Germain-ə 95 milyon avroya satmışdı.

Ötən mövsüm "Ayntraxt Frankfurt"la 48 oyunda meydana çıxan 23 yaşlı hücumçu, 22 qol vurub və 12 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az