Bir vaxtlar "Qalatasaray"da çıxış edən braziliyalı mərkəz hücumçusu Karlos Vinisius, ölkəsinin "Qremio" komandası ilə anlaşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Fulhem" ilə yollarını ayıran 30 yaşlı futbolçu, Braziliyanın "Qremio" klubu ilə 1,5 illik müqavilə imzalayıb. Klubdan verilən açıqlamaya görə, Vinisius ilə 31 dekabr 2026-cı il tarixinə qədər müqavilə bağlanıb.
Bundan əvvəl, 2023-2024 mövsümünün ikinci yarısında "Fulhem"dən icarə əsasında "Qalatasaray"a gələn braziliyalı hücumçu, İstanbul klubunda 14 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.