Rəqib komandanın əlini sıxmadılar - Qalmaqal olay

13:00 - 25 İyul 2025

Rəqib komandanın əlini sıxmadılar - Qalmaqal olay

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aleksandriya” (Ukrayna) - "Partizan" (Serbiya) görüşünün əvvəlində qalmaqal yaşanıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Ukrayna təmsilçisinin oyunçuları rəqib futbolçuların əlini sıxmaqdan imtina ediblər. Həmçinin onlar "Partizan"ın futbolçularına yumruq göstəriblər.

Matçdan sonra “Aleksandriya”nın baş məşqçisi Kirilo Nesterenko məsələ haqqında danışıb. O deyib: “Biz “Partizan” futbol klubunu Rusiyadakı turnirdə iştirak etdiyinə görə heç cür dəstəkləmirik və bunu klubumuza qarşı düşmənçiliyin təzahürü hesab edirik. Bu, klubun və Ukrayna xalqının mövqeyidir. Xahiş edirəm, bununla bağlı heç bir sual verməyin”.

Qeyd edək ki, sözügedən görüşdə “Partizan” 2:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az