DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub.
Manset.az xəbər verir ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.
İslandiya millisinin heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib. İsak Berqmann Yohannesson isə dubla imza atıb (47 və 56-cı dəqiqələr). Digər qolları Albert Qudmundsson (63-cü dəqiqə) və Kristian Hlinisson (73-cü dəqiqə) Azərbaycan yığmasının qapısından keçirib.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını sentyabrın 9-da, Ukrayna millisinə qarşı keçirəcək. Bu görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
***
00:18
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya - Azərbaycan matçında növbəti qol vurulub.
Manset.az xəbər verir ki, İslandiya yığmasının heyətində Kristian Hlinisson (73-cü dəqiqə) fərqlənib - 5:0.
Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
***
00:11
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya - Azərbaycan matçında fərq 4 topa çatıb.
Manset.az xəbər verir ki, İslandiya yığmasının heyətində Albert Qudmundsson (63-cü dəqiqə) fərqlənib - 4:0.
Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
***
00:02
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında üçüncü qol vurulub.
Manset.az xəbər verir ki, İslandiya yığması fərqi 3:0-a çatdırıb.
İsak Berqmann Yohannesson 56-cı dəqiqədə komandasının üçüncü, özünün isə ikinci qolunu vurub.
Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
***
00:01
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında ikinci qol vurulub.
Manset.az xəbər verir ki, İslandiya yığması fərqi 2:0-a çatdırıb.
47-ci dəqiqədə İsak Berqmann Yohannesson fərqlənib.
Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
***
23:49
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, fasilədən sonra Azərbaycan millisi hesabda 0:1 geridədir.
Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
***
23:48
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, Azərbaycan millisi fasiləyə hesabda 0:1 geridə yollanıb.
Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
***
23:56
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, Azərbaycan millisi fasiləyə hesabda 0:1 geridə yollanıb.
Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
***
22:37
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında hesab açılıb.
Manset.az xəbər verir ki, qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
Matçı niderlandlı baş hakim Sander van der Eyk idarə edir.
***
22:45
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilk görüşünə çıxıb.
Manset.az xəbər verir ki, millimiz ilk turda İslandiya seçməsinin qonağıdır.
Niderlandlı hakim Sander van der Eykin idarə etdiyi görüş Reykyavikin "Lauqardasvöllur" stadionunda keçirilir:
***
21:44
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək İslandiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Manset.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə