Ronaldo 942-ci qolunu vurdu

12:18 - 07 Sentyabr 2025

Ronaldo 942-ci qolunu vurdu

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasının 942-ci qolunu vurub.


Manset.az xəbər verir ki, Portuqaliya millisinin 40 yaşlı forvardı 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Ermənistan millisi ilə oyunda rəqib qapısına iki dəfə yol tapıb.

Qarşılaşma İrəvanda keçirilib və qonaqların 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Ronaldo ümumilikdə "Real Madrid"in heyətində 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Əl-Nasr"in heyətində isə 101 qol vurub. Hücumçu digər qollarını Lissabon "Sportinq"i və Portuqaliya millisinin heyətində vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az