"Fənərbaxça" futbolçusu Aleksandr Ciku ilə yollarını ayırıb.
Manset.az Qol.az-a istinadən bildirir ki, klub qanalı mərkəz müdafiəçisinin müqaviləsinin ləğv olunması barədə Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.
Ciku karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. 31 yaşlı futbolçu "Spartak"la anlaşıb.
Qeyd edək ki, "Fənərbaxça" Aleksandr Cikunu 2023-cü ilin yayında "Strasburq"dan (Fransa) transfer edib.
Xatırladaq ki, "Fənərbaxça" bu gün Ognjen Mimovic və Cengiz Ünderlə də yolları ayırdığını açıqlayıb.