Osimhen yoxlamalardan keçdi - Durumu açıqlandı

16:17 - 10 Sentyabr 2025

Osimhen yoxlamalardan keçdi - Durumu açıqlandı

"Qalatasaray" Nigeriya - Ruanda matçında zədələnən Viktor Osimhenin sağlamlıq durumunu açıqlayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə "Sarı-qırmızılar" açıqlama yayıb:

"Bu gün sponsor xəstəxanamızda aparılan müayinələr zamanı komandamızın futbolçusu Viktor Osimhenin topuq bağlarında orta dərəcəli burkulma (dartılma və qanaxma) aşkarlanıb. Onun tezliklə meydana qayıtması üçün lazımi müalicəyə başlanılıb".

Qeyd edək ki, "Qalatasaray" bu həftə sonu Trendyol Super Liqasında səfərdə "Eyüpspor"la qarşılaşacaq. “Sarı-qırmızılar” gələn həftə Çempionlar Liqasının ilk oyununda “Ayntraxt Frankfurt”u qəbul edəcək.

Məlumata görə, Viktor Osimhenin "Eyüpspor" matçında oynaması gözlənilmir. Məqsəd ulduz futbolçunun “Ayntraxt Frankfurt” matçına hazır olmasıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az