"Qalatasaray" dan yeni transfer QƏRARI

11:30 - 11 Sentyabr 2025

\"Qalatasaray\" dan yeni transfer QƏRARI

Əhəmiyyətli ulduzları öz heyətinə daxil edən "Qalatasaray" transfer pəncərəsinin bitməsinə 2 gün qaldığı halda, önəmli fürsət yaranmasa, yeni həmlə etməyəcək. 



Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, "Qalatasaray" bu transfer dönəmində az amma "saz" gücləndirmələr etdi. 

Müddətli oyunçu Viktor Osimhenin transferini 75 milyon avroya təmin edən sarı-qırmızılılar Leroy Sane və İlkay Gündoğan üçün klublarına ödəmə etmədi, Uğurcan Çakır və Sinqoya isə 60 milyon avroya yaxın sərmayə qoyublar. 

Heyətini tanınmış adlarla gücləndirən sarı-qırmızılılar bir çox adlarla artıq yollarını ayırıb, xarici kvotanı boşaldıblar. 

Barış Alper Yılmazı NEOM-a satmayan rəhbərlik hazırkı oyunçu bazasını kafi hesab edir. 

Sarı-qırmızılılar əhəmiyyətli fürsət yaranmadığı halda, hələ iki gün olmasına baxmayaraq, transfer pəncərəsini bağlayıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az