Misli Premyer Liqasının IV turunda "Kəpəz" "Araz Naxçıvan"a məğlub olub.
Manset.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65-ci dəqiqə) və Bar Kohen (86-cı dəqiqə) fərqləniblər.
Bu nəticədən sonra "Araz Naxçıvan" xallarını 10-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 12-ci pillədə qərarlaşan Gəncə təmsilçisi "Kəpəz"in isə hələ də xalı yoxdur.
Qeyd edək ki, IV tura sentyabrın 14-də yekun vurulacaq.