Bu gün 2 oyun keçiriləcək - Premyer Liqa

11:07 - 13 Sentyabr 2025

Bu gün 2 oyun keçiriləcək - Premyer Liqa

Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.


Manset.az xəbər verir ki, ilk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Qarşılaşma saat 16:30-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 7 xalla üçüncü, meydan sahibləri 4 xalla altıncı pillədə qərarlaşıb.

Günün ikinci matçında "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək. Bu görüş saat 19:00-da başlayacaq. Tovuz klubu 6 xalla dördüncü, "qırmızı-qaralar" 1 xalla on birinci sıradadır.

Misli Premyer LiqasıI dövrə, IV tur 13 sentyabr

16.30 İmişli - SumqayıtHakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.VAR: Elçin Məsiyev.AVAR: Pərvin Talıbov.Hakim-inspektor: İmanxan Sultani.AFFA nümayəndəsi: Azər Əsgərov.Quba Olimpiya İdman Kompleksinin stadionu

19.00 Turan Tovuz - QəbələHakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.VAR: Rəvan Həmzəzadə.AVAR: Cəmil Quliyev.Hakim-inspektor: Ömər Paşayev.AFFA nümayəndəsi: Emin Cəfərov."Azərsun Arena"
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1. Tura sentyabrın 14-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az