"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov

21:00 - 14 Sentyabr 2025

\"Milyonluq futbolçular da səhv edir\" - Azər Həşimov

"Karvan"ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasınınn 4-cü turunda "Şamaxı"ya 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.


Manset.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Ayxan Abbasovu əsas milli komandanın baş məşqçisi 1 xal qazanması münasibəti ilə təbrik edirəm. Oyuna gəldikdə, komandamız əzmkar futbol oynadı. Hesab oyuna görə olmadı. Fərdi səhvlərdən qollar buraxdıq. İkinci qoldan sonra komandada düşüş yaşandı. Geridönüş etməyə çalışsaq da, alınmadı. Futbolda hər şey olur. Milyonluq futbolçular da səhv edir. Bu oyun səhvlərin üzərində qurulub. Səhvlərimizi təhlil edib, daha yaxşı hazırlaşıb "İmişli" ilə matça çıxacağıq. Zədəli futbolçularımız da var idi. Bu da oyuna öz təsirini göstərdi.

- Kornerdən buraxdığınız qolda qapıçını nə dərəcədə günahlandırmaq olar?

- Futbolda səhvlər olur. Kamran kimi bütün qapıçılar da xətaya yol verir. Birbaşa künc zərbəsindən qol olursa, deməli qapıçının səhvi var. Məğlub olmuşuqsa, hamımızın səhvidir. 

- Əsas qapıçınız Pedro Mateuş nə vaxt komandaya qoşulacaq?

- Çox güman ki, gələn həftə məşqlərə başlayacaq. Digər oyunların da müalicəsi davam edir. (sportal.az)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az