Bu qurum "Formula 1"ə görə 2 gün işləməyəcək

17:55 - 16 Sentyabr 2025

Bu qurum \"Formula 1\"ə görə 2 gün işləməyəcək

Sentyabrın 17-18-də Azərbaycan Mərkəzi Bankının (AMB) Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) vətəndaşlara müraciətində bildirilib.

Bildirilib ki, “Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, “Nağd pul ofisi” Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə fəaliyyət göstərir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az