Türkiyə klublarının Avropa qazancı

17:58 - 27 Oktyabr 2025

Türkiyə klublarının Avropa qazancı

Bu mövsüm Avropa kuboklarında iştirak edən Türkiyə komandalarının əldə etdiyi maliyyə gəlirləri məlum olub. 


Manset.az Qol.az-a istinadən xəbər verir ki, UEFA turnirlərində çıxış edən klublar ümumilikdə 53,8 milyon avro qazanc əldə ediblər.

Ən yüksək gəlir “Qalatasaray”a məxsusdur. İstanbul klubu Çempionlar Liqasındakı uğurlu çıxışı nəticəsində 30,2 milyon avro qazanıb.

“Fənərbaxça” Avropa Liqasındakı çıxışından 17,8 milyon avro, “Samsunspor” isə Konfrans Liqasındakı performansına görə 5,8 milyon avro gəlir əldə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az