Türkiyə futbolçusu Arda Gülər bu mövsüm Xabi Alonsonun start 11-də dəyişməz adlardan birinə çevrilərkən, İspaniya mətbuatından təəccüblü bir iddia gəldi.
Manset.az-ın ispan mətbuatına istindən xəbərinə görə , Arda Gülərdən sonra bir başqa türk futbolçu Real Madridə təklif olunub.
Defensa Central-da yer alan xəbərə görə, İtaliyadan olan müxtəlif vasitəçilər Karvahalın ciddi zədələnməsindən sonra sağ cinah müdafiəçisi mövqeyi ilə bağlı Florentino Peresin fikirlərini öyrənməyə çalışıb.
"Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatan Zeki Çeliki menecerlərin "Real"a təklif etdiyi bildirilir.