Ulduz futbolçu bu oyunda olmayacaq - "Qalatasaray"dan PİS XƏBƏR 

11:20 - 03 Noyabr 2025

Ulduz futbolçu bu oyunda olmayacaq - \"Qalatasaray\"dan PİS XƏBƏR 

“Qalatasaray” Çempionlar Liqasında son matçında “Bodo-Glimt” üzərində qazandığı qələbə ilə sevinib, lakin “Trabzonspor” matçında xoşagəlməz hadisə baş verib. Ulduz futbolçu Yunus Akgün zərbə endirərkən qəflətən qasıq nahiyəsində çəkilmə hiss edib və oynamağa davam edə bilməyib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Trabzonspor” matçında qasıq nahiyəsindən əziyyət çəkən Yunus Akgünün matçı buraxma ehtimalı var.

Türkiyə millisinin futbolçusunun vəziyyətinə bu gün MRT-nin nəticələrindən sonra aydınlıq gətiriləcək. Yunus Akgünün "Qalatasaray-Ajaks" oyununda oynamama ehtimalı var. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az