“Qarabağ”dan “Çelsi” ilə qələbəyə bərabər heç-heçə - YENİLƏNİB

23:42 - 05 Noyabr 2025

“Qarabağ”dan “Çelsi” ilə qələbəyə bərabər heç-heçə - YENİLƏNİB

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında başa çatıb.


Manset.az xəbər verir ki, görüş 2:2 hesabı ilə bitib.

Qolları 16-cı dəqiqədə Estevao ("Çelsi"), 29-cu dəqiqədə Leandro Andrade və 39-cu dəqiqədə penaltidən Yankoviç vurublar və 53-cü dəqiqədə Qarnaço vurublar.

Bu nəticədən sonra "Qarabağ 7 xal toplayıb.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu noyabrın 26-da səfərdə "Napoli" klubuna qarşı keçirəcək.

***

23:01

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən"Qarabağ" - "Çelsi" qarşılaşmasında hesab bərabərləşib.


Manset.az xəbər verir ki, 53-cü dəqiqədə Qarnaço "Çelsi"nin ikinci qolunu vurub - 2:2.


***

22:50

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ikinci hissı başlayıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.

Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.

***

22:35

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında birinci hissə başa çatıb.


Manset.az xəbər verir ki, "Qarabağ" fasiləyə 2:1 hesabı ilə öndə yollanıb.

***

22:26

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda üçüncü qol vurulub.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri hesabda irəli çxııblar - 2:1.

39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib.

***

22:16

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında hesab bərabərləşib.


Manset.az xəbər verir ki, 29-cu dəqiqədə Leandro Andrade "Qarabağ"ın ilk qolunu vurub.

***

22:05

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında ilk qol vurulub.


Manset.az xəbər verir ki, 16-cı dəqiqədə qonaq komanda hesabı açıb.

Qolu 16-cı dəqiqədə Estevao vurub.

***

21:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması start götürüb.


Manset.az xəbər verir ki, matçı avstriyalı hakim Sebastian Qishamer idarə edir.

***

20:38

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Çelsi" kollektivlərinin start heyətləri bəlli olub.


Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

Qarabağ Coach: Gurban Gurbanov

  • 99 Kochalski (GK)
  • 2 Silva
  • 8 Janković
  • 10 C Zoubir (C)
  • 13 Mustafazade
  • 15 Leandro Andrade
  • 17 Duran
  • 20 Kady
  • 35 Pedro Bicalho
  • 44 Jafarguliyev
  • 81 Medina

Chelsea Coach: Enzo Maresca

  • 1 Sánchez (GK)
  • 3 Cucurella
  • 4 Adarabioyo
  • 11 Gittens
  • 17 Andrey Santos
  • 20 João Pedro
  • 21 Hato
  • 24 C James (C)
  • 32 George
  • 41 Estêvão
  • 45 Lavia

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az