“İslandiya ilə oyunda futbolçularıma güvənirəm” - Ayxan Abbasov

20:24 - 12 Noyabr 2025

“İslandiya ilə oyunda futbolçularıma güvənirəm” - Ayxan Abbasov

Azərbaycan millisinin baş məşçisi Ayxan Abbasov futbolçularına güvənir.


Manset.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi özü mətbuat konfransında deyib.

Mütəxəssis İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Sabah bizi gərgin və önəmli oyun gözləyir. Rəqin üçün də vacib matç olacaq. Futbolçularıma inanıram və azarkeşlərimizdən dəstək gözləyirəm. İnanıram ki, bizi tək qoymayacaqlar. İslandiya son görüşlərdə yaxşı təsir bağışlayır. İstəyirik ki, komanda olaraq ilk matçda qeydə alınan 0:5 hesablı məğlubiyyəti yaddan çıxaraq. Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq".

O, hər matça qələbə qazanmaq üçün çıxdıqlarını söyləyib:

"Hər dəfə meydana qələbə əzmi ilə çıxırıq. Komandamız təzyiq altında deyil. Əksinə, rəqib komandanın pley-offa çıxmaq şansı olduğuna görə təzyiq yaşayırlar".

Baş məşqçi İslandiya ilə görüşdə standart vəziyyətlərə xüsusi diqqət edəcəklərini vurğulayıb:

"Tək bu oyunda yox, başqa matçlarda da buna diqqət edirik. Çalışırıq ki, standart vəziyyətlərdə qapımızın toxunulmazlığını qoruyaq".

Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az