Cüdoçumuz bürünc medal qazandı

22:08 - 14 Noyabr 2025

Cüdoçumuz bürünc medal qazandı

Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.


Manset.az xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D. Anceloya ipponla qalib gəlib.

Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.

Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az