Taekvondoçumuz İslamiadada gümüş medal qazandı

23:52 - 15 Noyabr 2025

Taekvondoçumuz İslamiadada gümüş medal qazandı

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.


Manset.az xəbər verir ki, idmançı finalda İran təmsilçisi Sayna Karimirahjerdiyə 2:0 hesabı ilə məğlub olub.

Cavad Ağayev bürünc medal uğrunda yarışda məğlub olubsa, Məryəm Məmmədova 1/4 final, Bəhruz Quluzadə isə 1/8 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az