"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen Nigeriya ilə Konqo Demokratik Respublikası arasında keçirilən oyunda aldığı zədə səbəbindən matçı davam etdirə bilməyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, FİFA 2026 Dünya Çempionatının Afrika üzrə seçmə mərhələsinin pley-off finalında Nigeriya ilə Konqo Demokratik Respublikası üz-üzə gəlib.
Oyunun ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. “Sarı-qırmızılılar”ın nigeriyalı hücumçusu Viktor Osimhen isə dünya çempionatına vəsiqə baxımından həlledici əhəmiyyət daşıyan qarşılaşmada ikinci hissənin əvvəlində meydandan çıxarılıb.
Fransa mətbuatının "L’Équipe TV" kanalında yayımlanan məlumata görə, zədə səbəbindən əvəzlənən Viktor Osimhen fasilə zamanı paltardəyişmə otağına gedərkən göz yaşlarını saxlaya bilməyib.