Superliqa tarixinin ən bahalı transferi ola bilər

16:30 - 17 Noyabr 2025

Superliqa tarixinin ən bahalı transferi ola bilər

Bu yay “Monako”dan “Qalatasaray”a keçən Vilfrid Sinqo klubdan ayrılmağa yaxındır. 


Manset.az Qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi geridə qalan yay transfer pəncərəsində 24 yaşlı sağ cinah oyunçusu üçün 30,7 milyon avroya ödəmişdi və onunla 5 illik müqavilə imzalamışdı.  

Lakin Kot-d’İvuardan olan müdafiəçi dünya nəhənginin “radar”ına düşüb. 

Bildirilib ki, “Liverpul” futbolçu ilə ciddi şəkildə maraqlanır. Sinqonun müqaviləsində 60 milyon avroluq sərbəstqalma maddəsi var. Onun Çempionlar Liqasındakı çıxışını davam etdirməsi transferin rəsmiləşməsi ehtimalını daha da artırır. 

Sinqo bu məbləğə satılacağı halda Superliqa tarixinin ən bahalı transferi olacaq.

Qeyd edək ki, Vilfrid bu mövsüm “Qalatasaray”ın heyətində 9 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az