Türkiyənin Super Liqa komandasından olan "Qalatasaray"ın nigeriyalı futbolçusu Victor Osimhenin son MRT müayinəsinin cavabı açıqlanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray" Nigeriyanın Kongo ilə keçirdiyi matçda zədə alan Osimhenin sağlamlıq durumu ilə bağlı rəsmi məlumat yayımlanıb. Açıqlamada ulduz futbolçunun sol arxa əzələsində orta dərəcədə gərilmə və qanama olduğu bildirilib.
Məsələ ilə bağlı "Qalatasaray" klubundan verilən açıqlamada belə deyilib: "Futbolçumuz Victor Osimhenin bu gün sponsor xəstəxanamız "Acıbadem"də edilən MRT müayinələrində sol arxa əzələsində orta dərəcədə gərilmə və qanama aşkar edilmişdir və müalicəsinə başlanmışdır".