Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Manset.az Report-a istinadən xəbər verir ki, yığma yarımfinalda Misir seçməsinə 22:15 hesabı ilə qalib gələrək həlledici raunda adlayıb.
Qeyd edək ki, Azərbaycanın bu gün keçiriləcək final görüşündəki rəqibi İran - Türkiyə cütünün qalibi olacaq.