“Qarabağ” Çempionlar Liqasında neçəncidir?

09:50 - 27 Noyabr 2025

“Qarabağ” Çempionlar Liqasında neçəncidir?

Ötən gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.


Manset.az xəbər verir ki, bütün oyunlar yekunlaşandan sonra Çempionlar Liqasında komandaların hansı pillələrdə qərarlaşdığına aydınlıq gəlib.

Azərbaycan çempionu “Qarabağ”ın səfərdə "Napoli"yə uduzması onun turnir cədvəlində aşağı pillələrə düşməsinə səbəb olub.

Komandamız 5 turdan sonra hazırda 7 xalla 19-cu yerdə qərarlaşıb.

Xatırladaq ki, Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.

"Qarabağ" Çempionlar Liqasında növbəti matçını Niderland "Ayaks"ına qarşı keçirəcək. Dekabrın 10-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az