“Səbail” baş məşqçi ilə yollarını ayırdı 

19:12 - 27 Noyabr 2025

“Səbail” baş məşqçi ilə yollarını ayırdı 

Bu gün I Liqanın 9-cu turu çərçivəsində“ASCO Arena”da keçirilmiş “Səbail” - “Cəbrayıl” oyunundan sonra “Səbail” PFK-nın İdarə Heyətinin iclası keçirilib.


Manset.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Bildirilib ki, toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.

İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az