Xabi Alonso Arda Gülerden üzr istədi

23:19 - 27 Noyabr 2025

Xabi Alonso Arda Gülerden üzr istədi

Real Madrid səfərdə “Olimpiakos”u 4–3 hesabı ilə məğlub etdiyi oyunda sarı vərəqə alan Arda Güler 60-cı dəqiqədə meydandan çıxarıldı. Elə hadisələr də bundan sonra baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Arda Güler qarşılaşmaya nisbətən zəif başlasa da, tədricən ritm tapdı və Kilyan Mbappenin ikinci qoluna ötürmə verərək mühüm rol oynadı. O, xüsusilə Trent Aleksander-Arnoldla yaxşı qarşılıqlı əlaqə qurdu. Arda oyuna əsas heyətdə başlayıb, lakin əzələ zədəsi yaşayan Cud Bellinqem oyuna daxil ediləndə 60-cı dəqiqədə kənara alınıb.

Baş məşqçi Xabi Alonso matçdan sonra Arda Gülərlə səmimi söhbət edərək ondan üzr istəyib və “Səni oyundan çıxarmamalı idim” deyib. Alonso əlavə edib ki, Arda meydandan çıxdıqdan sonra Real Madrid hücumda passivləşib, təhlükə yaratmaq çətinləşib və bu vəziyyətin komandaya heç-heçə bahasına başa gələ biləcəyini hiss edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az