"Qalatasaray’ın bu mövsümün əvvəlində Monakodan 30,7 milyon avro qarşılığında transfer etdiyi Wilfried Singonun ayrılma ehtimalı gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, futbolçunun Türkiyəyə uyğunlaşmaqda çətinlik çəkdiyi bildirilir, sarı-qırmızılı klubun isə potensial transfer üçün menecerlə əlaqə qurduğu qeyd edilib.
"Qalatasaray"da gözlənilməz bir ayrılma ehtimalı müzakirə edilməyə başlanıb. Sarı-qırmızılıların bu mövsümün əvvəlində Monakodan 30,7 milyon avro ilə heyətinə qatdığı Wilfried Singo ilə bağlı diqqət çəkən iddialar ortaya çıxıb.