"Qalatasaray" orta sahə transferi üçün "Paris Saint Germain" (PSG) formasını geyinən Fabian Ruiz-i transfer üçün hədəf olaraq seçib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, komanda bu transfer üçün 30 milyon avronu ayırmağı planlaşdırır.
PSG ilə əlaqə qurulub və transfer prosesi başlayıb. Lakin həm oyunçu tərəfindən, həm də PSG-dən hələlik rəsmi bir cavab alınmayıb. Bu mövsümdə PSG ilə 22 oyunda iştirak edən Fabian Ruiz, 2 qol və 3 asistlə yaxşı bir performans sərgiləyib.