Səudiyyə Ərəbistanının "Al Şabab" komandasında baş məşqçi olaraq fəaliyyət göstərən və bir müddət istirahət edən Fatih Terim yenidən futbola dönməyə hazırlaşır.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Al Şabab" təcrübəli mütəxəssisi yenidən komandaya cəlb etmək üçün tədbirlər görməyə başlayıb.
Komandanın gedişatından narazı olan "Al Şabab" rəhbərliyi Terimi razı salmağa ciddi yanaşır və artıq rəsmi danışıqlara başlanıldığı bildirilir.