Osimhendən "Qalatasaray"a MÜJDƏ - "İşlərimi bitirən kimi..."

16:40 - 14 Yanvar 2026

Osimhendən \"Qalatasaray\"a MÜJDƏ - \"İşlərimi bitirən kimi...\"

"Qalatasaray" üçün çox darıxıram, amma ölkəmin mənə ehtiyacı var.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Afrika Millətlər Kuboku üçün milli komandada olan Viktor Osimhen "CBS Sports Golazo"ya verdiyi müsahibədə, bunları deyib:

"Nigeriyadan bir neçə gün sonra, Şampiyonlar Liqasında Galatasarayla Atletico Madrid qarşılaşmasında oynayacaqsınız?"

"Əlbəttə, mütləq. "Qalatasaray" üçün çox darıxıram, amma ölkəmin mənə ehtiyacı var və buradayam, əlimdən gələni edirəm. Onlar da bunu anlayır və uzaqdan dəstək olurlar. Amma buradakı işlərimi bitirdikdən sonra dərhal geri dönməliyəm ki, heyətə qatıla bilim və komandaya bir neçə fayda verə bilərəmmi, bunu görək. Amma ilk növbədə çərşənbə günü və sonra final oyununu gözləyirəm, sonra nə olacağını görəcəyik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az