34 ildən sonra yarımfinalda

10:04 - 07 Fevral 2026

34 ildən sonra yarımfinalda

Niderland Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Telstar" klubu öz meydanında "Qou Ehed İqls"i qəbul edib.

Gərgin keçən görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Matçın taleyini həll edən hər üç qol ikinci hissənin ilk 15 dəqiqəsində vurulub.

Bununla da hazırda yüksək liqada qalmaq uğrunda mübarizə aparan Velzen təmsilçisi tarixində ikinci dəfə ölkə kubokunun yarımfinalına vəsiqə qazanıb.

Xatırladaq ki, klub ilk dəfə bu uğura 1992-ci ildə imza atmışdı. Həmin vaxt "Telstar" yarımfinalda "Roda"ya 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az