Cüdoçumuz finala vəsiqə qazandı

17:54 - 07 Fevral 2026

Cüdoçumuz finala vəsiqə qazandı

Azərbaycanın bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində turnirində finala vəsiqə qazanıb.


Manset.az xəbər verir ki,  Balabəy Ağayev (60 kq) buna nail olub.

27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə (İsrail) qalib gəlib.

Bu raundda məğlub olan Ruslan Paşayev (66 kq) üçüncü yer uğrunda görüşə çıxacaq. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az