Taliska "Fənərbaxça"da qaldı

00:30 - 09 Fevral 2026

Taliska \"Fənərbaxça\"da qaldı

"Fənərbaxça" klubu ulduz futbolçusu Anderson Taliska ilə müqavilənin müddətini uzadıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Bu barədə klub məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarından "sarı-lacivərdlilər"in formasını geyinən Taliska cari mövsümdə möhtəşəm performansı ilə seçilir. O, bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Fənərbaxça" 20 turdan sonra Türkiyə Superliqasında 2-ci pillədə qərarlaşıb və lider "Qalatasaray"dan 6 xal geri qalır. Komanda fevralın 10-da "Gənclərbirliyi" ilə üz-üzə gələcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az