Ronaldo boykotu dayandırdı - “Əl-Nəsr”ə qayıdır

23:14 - 09 Fevral 2026

Ronaldo boykotu dayandırdı - “Əl-Nəsr”ə qayıdır

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo “Əl-Nəsr” matçlarını boykot etməyə son qoymaq qərarına gəlib.


Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, 41 yaşlı ulduz futbolçunun 14 fevral tarixində “Əl-Fəth”ə qarşı keçiriləcək oyunda yenidən meydana çıxacağı gözlənilir.

Məlumata görə, Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) ilə yaşadığı narazılıqlar səbəbindən iki oyunu buraxmışdı. Lakin onun əsas tələblərinin – gecikmiş maaşların ödənilməsi və klubda idarəetmə müstəqilliyinin bərpası – yerinə yetirilməsindən sonra futbolçu yenidən oynamağa razılıq verib.

Ronaldo­nun komandaya qayıdışı “Əl-Nəsr” üçün mövsümün kritik mərhələsində mühüm impuls hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az