"Tottenhem"in baş məşqçisi İqor Tudor London klubundakı işin çətinliyini düzgün qiymətləndirmədiyini etiraf edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis daha öncə Premyer Liqada qalmaq tapşırığının öhdəsindən gələcəyinə tam əmin olduğunu bildirsə də, hazırda vəziyyətin bir qədər çətin olduğunu dilə gətirib.
"Bu, çox ağır işdir, lakin mən əvvəl səsləndirdiyim fikrimdə qalıram. Gündəlik işə köklənməli və bizə lazım olan amillərə - fiziki hazırlığa, psixoloji vəziyyətə diqqət yetirməliyik. Özümüzü göstərməliyik və zədəli oyunçuların qayıtmasını gözləyirik. Buna görə də başqaları haqqında az düşünüb, yalnız özümüzə və nələr edə biləcəyimizə fokuslanmalıyıq. O zaman hər şey yaxşı olacaq".